AZ

Ağ Ev: Tramp cinsiyyət dəyişdirmə əməliyyatlarını qadağan edib

Ağ

ABŞ Prezidenti Donald Tramp, 19 yaşına çatmamış şəxslər üçün cinsiyyət dəyişdirmə əməliyyatlarını qadağan edən fərman imzalayıb. “Ulusum”.az xəbər verir ki, məlumat Ağ Ev tərəfindən yayılmış fərmanın mətnində yer alır.Fərmanda, həkimlərin və tibbi işçilərin uşaqlara, onların cinsiyyətini dəyişdirmək üçün geri dönülməsi mümkün olmayan tibbi müdaxilələr etmələrinin təhlükəli və ölkənin tarixində mənfi iz buraxacaq bir tendensiya olduğu bildirilir.Fərmanda qeyd edilir ki, ABŞ bundan sonra uşaqların cinsiyyət dəyişdirmə prosesini maliyyələşdirməyəcək, təşviq etməyəcək, dəstəkləməyəcək və ya yardım etməyəcək. Belə prosedurları qadağan edən və ya məhdudlaşdıran qanunlara ciddi şəkildə əməl ediləcək.Həmçinin, fərmanla, 19 yaşından kiçik şəxslərə qarşı cinsiyyət dəyişdirmək məqsədilə hormonal blokatorlar və cinsiyyət hormonlarının istifadəsi, estetik əməliyyatlar və digər tibbi müdaxilələr qadağan edilir.Prezident bütün dövlət qurumlarını bu tələblərə uyğun olaraq əvvəlki siyasətləri dəyişdirməyə və uşaqların sağlamlığını qorumaq məqsədilə yeni tədqiqat və rəhbərliklərə diqqət yetirməyə çağırıb.Səidə

Diqqət Çəkənlər

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Rusiya Quterreşə nasizmin qəhrəmanlaşdırılması ilə bağlı faktları əks etdirən məktub göndərib

Həyatımda hər şey yaxşıdır, amma içimdə boşluq var - Necə yenidən özümü tapım

Seçilən
5
14
ulusum.az

10Mənbələr