Meksika prezidenti Claudia Sheinbaum, ABŞ-dan deportasiya edilmələri gözlənilən minlərlə qeyri-qanuni immiqrantı qəbul edəcəklərini, lakin "təhlükəsiz üçüncü ölkə" olmaq istəmədiklərini söyləyib.
Turkustan.az xəbər verir ki, prezident Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında ABŞ-dan deportasiya edilməsi gözlənilən minlərlə qeyri-qanuni immiqrantın vəziyyətinə toxunub.
ABŞ-ın göndərdiyi mühacirlərlə bağlı "təhlükəsiz üçüncü ölkə" olmaq istəmədiklərini vurğulayan Şeynbaum, "Başqa ölkələrin vətəndaşlarının Meksikaya göndərilməsi vəziyyətində davamlı ünsiyyətdəyik. Meksikalılar olaraq sərhəddə çətin vəziyyətdə qalanlara hər zaman kömək olmağa hazırıq"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az