AZ

"Rusiya məhv edilməlidir" – Ermənistan parlamentinin spikeri Alen Simonyan

Ermənistanın “Armlur” portalı Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya haqqında son dərəcə sərt açıqlamalar verdiyini iddia edib. Bu barədə məlumatı “EADaily” dərc edib.

Nəşrin yazdığına görə, “Rusiya məğlub olmalı, çökdürülməli, dağıdılmalıdır” sözlərini Alen Simonyan Baltikyanı ölkələrin parlamentlərinin nümayəndələri ilə qapalı görüşdə səsləndirib.

“Armlur” “Joxovurd” qəzetinə istinadən xəbər verir: “Ermənistan parlamentinin  sədri Alen Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə qapalı görüşdə Rusiya Federasiyasının ünvanına sərt tənqidi fikirlər səsləndirib və bu, hətta Baltikyanı dövlətlərin nümayəndələri arasında çaşqınlığa səbəb olub. Əslində, Alen Simonyan Rusiyanı Ukrayna prezidenti Vladimir Zelenskinin edə biləcəyindən daha sərt tənqid edir”.

Baltikyanı respublikalardan birinin parlament nümayəndəsinin “Joxovurd” qəzetinə dediyinə görə, Simonyan bəyan edib ki, “Rusiyanı məğlub olmalı, çökdürülməli, məhv edilməlidir ki, bizim və Baltikyanı ölkələr üçün yaxşı olsun”.

Bununla belə, Simonyanın mətbuat katibi Mosves Arutyunyan “Armlur” portalının sualına belə cavab verib: “Ermənistan Milli Məclisinin spikeri belə bəyanatlar verməyib, ona görə də reallıqla heç bir əlaqəsi olmayan bir şeylə bağlı suala cavab vermək mümkün deyil”.

“Ümumiyyətlə, hər şey saxta və hansısa Azərbaycan-Ukrayna uydurmasına oxşayır, lakin digər tərəfdən, Alen Simonyanı tanımaqla asanlıqla ehtimal etmək olar ki, bu sözlər Alenin ağzından çıxıb”, deyə “Paralel Z” Telegram kanalı xəbəri şərh edib.

“EADaily” dəqiqləşdirib ki, bu yaxınlarda Şimali Avropa – Baltikyanı ölkələr (“Şimali-Baltika səkkizliyi”) əməkdaşlıq formatının parlamentlərinin sədrləri və vitse-spikerləri həqiqətən də İrəvana gəliblər. Agentliyin məlumatına görə, nümayəndələr spiker Simonyanın dəvəti ilə Ermənistanda olublar.

Və “Rıbar” Telegram kanalı qeyd edib ki, “Şimali Baltika Səkkizliyi” İrəvanda görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Davosda keçirilən iqtisadi forumda NATO-nun baş katibi Mark Rutte ilə görüşüb, “əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını” müzakirə edib. Üstəlik, bu fonda Finlandiya parlamentinin spikeri Yussi Halla-ahonun “Armenpress” dövlət xəbər agentliyinə müsahibəsi əlamətdar görünür: “o, birbaşa Ermənistan hakimiyyətinin Aİ-nin Avropaya inteqrasiya naminə Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi tələbini yerinə yetirməyə hazır olduğunu bildirib”, deyə “Rıbar”dan olan ekspertlər yazır.

Kanalın müəllifləri Ermənistanda ictimai anti-Rusiya ritorikasına görə Alen Simonyanın da adını çəkirlər. “Ermənistan hakimiyyəti var gücü ilə çalışacaq ki, iki stulda otursun, eyni zamanda qərbyönlü kursunu davam etdirəcək və Brüsselin siyasi iradəsinə tabe olacaq. Moskvaya səfər yalnız Aİİ ilə ticarət-iqtisadi əməkdaşlıq formasındakı stullardan biri tərpənməyə başlayanda təşkil olundu”, deyə Rybar komandası əmindir.

Bu qənaətləri dolayısı ilə “Yoldaş General” Telegram kanalı da təsdiqləyir. O yazır ki, bir tərəfdən İrəvan Moskvanı və KTMT-ni guya Ermənistanın “beynəlxalq tanınmış” sərhədlərini düşmən işğalından qoruya bilməməkdə ittiham edib, digər tərəfdən, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan indi o qədər heyrətamiz etiraflar edir ki, bu da İrəvanın siyasətinin ikililiyini təsdiqləyir. “Yoldaş general” qeyd edir ki, Ermənistan ordusu xüsusi olaraq Azərbaycanla sərhədin delimitasiyası prosesinə başlamaq üçün Cermuk və digər ərazilər yaxınlığında geri çəkilib.

Ülviyyə, Hurriyyet.az

Seçilən
6
50
hurriyyet.az

10Mənbələr