AZ

Deputat Mahir Süleymanlı səs verdi

29 yanvar 2025-ci il tarixində ölkəmizdə keçirilən bələdiyyə seçkiləri çərçivəsində Şabran rayonunda vətəndaşlıq borcumu yerinə yetirərək səs verdim.
Seçki məntəqələrində Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovla birlikdə seçki prosesinin gedişatını müşahidə etdik.
Qanunauyğun və yüksək təşkilatçılıqla keçirilən seçkilərdə seçicilərin fəallığı bir daha göstərir ki, vətəndaşlarımız dövlətçiliyimizə, milli dəyərlərimizə və demokratik prinsiplərə sadiqdirlər.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, demokratik inkişaf və şəffaf seçki ənənələri ölkəmizdə keçirilən hər bir seçkidə açıq şəkildə öz əksini tapır.
Ümid edirik ki, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək və ölkəmizin davamlı inkişafı naminə düzgün seçim edəcəklər.
Biz bu gün seçkilərdə iştirak etməklə güclü, müstəqil və firavan Azərbaycanın sabahına səs veririk!
 Mahir Süleymanlı
Millət vəkili 
media-00media-007media-02media-03media-01media-04media-008media-05
Seçilən
0
35
yenigundem.az

10Mənbələr