Bakı. Trend:
Səhər saatlarından etibarən indiyədək 85 nəfər seçici özsəsvermə hüququndan istifadə edib.
Bu barədə Trend-ə 16 saylı Yasamal II Seçki Dairəsinin 19 saylıSeçki Məntəqəsinin sədri Aybəniz Qurbanova deyib.
O, məntəqə üzrə qeydiyyatda olan və indiyədək səsverməhüququndan istifadə edən seçicilərin sayını açıqlayıb: “1 349 nəfərseçici məntəqə üzrə qeydiyyatdadır. Səhər saatlarından etibarənindiyədək 85 nəfər seçici öz səsvermə hüququndan istifadəedib”.
“Məntəqədə səsvermə üçün hər bir şərait yaradılıb. İndiyədək heçbir problem və ya qanun pozuntusu halına rast gəlinməyib”, -məntəqə sədri vurğulayıb.
Qeyd edək ki, saat 12:00-a olan məlumata əsasən, bələdiyyəseçkilərində 1 020 231 seçici səsvermə hüququndan istifadə edib.Seçici fəallığı 17,11 faiz olub.
Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkilərikeçirilir. Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.