AZ

Pentaqon Baydenin əfv etdiyi generalın şəxsi mühafizəsini və məxfi sənədlərə çıxışını əlindən aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pentaqonun yeni rəhbəri Pit Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri, general Mark Millinin məxfi məlumatlara çıxışını və şəxsi mühafizə icazəsini ləğv edib.
Oxu.Az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Ulliot məlumat verib.
Məlumata görə, Pentaqonun baş inspektoruna Millinin davranışı ilə bağlı faktları və hadisələri araşdırmaq tapşırılıb ki, ona hərbi rütbə verilməsini nəzərdən keçirməyin nə dərəcədə zəruri olduğu məlum olsun.
Qeyd edək ki, ötən il iyul ayında yerli KİV Donald Trampın komandası ABŞ prezident seçkisində (5 noyabr 2024-cü il) qalib gələrsə, Milli də daxil olmaqla, bir sıra yüksək vəzifəli məmurlara qarşı istintaqa başlanacağını bildirmişdi.
Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden ölkədə hakimiyyəti təhvil verməmişdən əvvəl Mark Millini əfv etmişdi. Tramp isə bununla bağlı Baydeni tənqid etmişdi.
Seçilən
0
50
oxu.az

10Mənbələr