AZ

Səsvermə prosesində qanunvericiliyə uyğun bütün zəruri prosedurlar həyata keçirilir

Bələdiyyə seçkilərində 19 saylı Nərimanov I seçki dairəsinin 11 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunur. Seçki çox fəal keçir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında məntəqənin sədri Sevil Məmmədova deyib.

“Seçki siyahısında 1482 seçici var. Bütün proses qaydalara uyğun aparılır. Müşahidəçilərimiz də prosesi yaxından izləyirlər. Məntəqə lazım olan bütün avadanlıqlarla təmin olunub. Dairə seçki komissiyası tərəfindən seçicilərin sayına uyğun olaraq seçki bülleteni verilib, səsvermə prosesində qanunvericiliyin tələblərinə uyğun bütün zəruri prosedurlar həyata keçirilir”, - deyə Sevil Məmmədova əlavə edib.

Seçilən
3
44
ikisahil.az

10Mənbələr