Bakı, TurkicWorld
Yanvarın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bələdiyyə seçkilərində səs verib.
TurkicWorld xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.
Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.