39 saylı Kəpəz birinci Gəncə şəhər seçki dairəsinin 12 saylı məntəqəsi üzrə 210 vətəndaş öz seçici hüquqlarından istifadə edib.
Məntəqə sədri Qurban Qurbanov Bizim.Media-ya açıqlamasında heç bir hüquq pozuntusu qeydə alınmadığını bildirib.
Onun sözlərinə görə məntəqə üzrə 1329 nəfər qeydiyyatda seçici var və bu saata görə fəallıq yüksəkdir:
“Hal hazıra qədər seçicilərin 16%-i səsvermə hüququndan istifadə edib. Fəalliq yüksəkdir. Seçicilərimiz yüksək əhval ruhiyyə ilə məntəqəmizə gələrək layiqli namizədinə sərbəst şəkildə səs verirlər”, - deyə məntəqə sədri əlavə edib.
Bildirək ki, Gəncədə 4 dairədə 158 məntəqədə 200 mindən çox səsvermə hüququ olan vətəndaş səs verəcək. Seçkiləri ümumilikdə 2000 çox müşahidəçi izləyir, məntəqələrdə 40 veb kamera quraşdırılıb. Gəncədə 4 dairədən 84 namizəd 38 yer uğrunda mübarizə aparır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta