Azərbaycan, Türkiyə və Özbəkistan enerji sahəsində birgə layihələri müzakirə edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin ikinci görüşünün nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bölgənin tranzit və loqistika baxımından xüsusi önəmi var və tərəflər bu istiqamətdə əməkdaşlığı müzakirə edib. Nazir, həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt limanının yükdaşıma qabiliyyətlərinin artırıldığını da vurğulayıb.