AZ

Mikayıl Cabbarov Azərbaycan-Türkiyə-Özbəkistan iqtisadiyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

“Ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik,” nazir qeyd edib.


Müəllif: Mirvari Əzizova
Seçilən
11
50
teleqraf.com

10Mənbələr