Dövlət Duması ABŞ Konqresinə və BMT-yə müraciət göndərmək qərarına gəlib. Müraciətdə amerikalı jurnalist Taker Karlsonun ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlaması ilə bağlı bəyanatının araşdırılması tələb olunur.
Sitat.info xəbər verir ki, bu barədə Dumanın mətbuat xidməti məlumat yayıb.
“Dövlət Duması ABŞ Konqresinə və BMT-yə müraciət göndərəcək və burada Bayden administrasiyasının Vladimir Putinə qarşı sui-qəsd hazırlaması ilə bağlı Taker Karlsonun bəyanatının araşdırılması tələb olunur”, - məlumatda bildirilib.
Müraciətin mətnini Dövlət Dumasının bütün fraksiyaları dəstəkləyib.