“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının son turunun “Olimpiakos”la oyunu üçün Pireyə yola düşərkən Heydər Əliyev adına Beynəlxalq hava limanında müsahibə verib.
Sportinfo.az xəbər verir ki, “CBC Sport”a danışan Ağdam klubunun çalışdırıcısı oyun haqda bunları deyib:
“Hazırlaşmaq üçün vaxtımız az oldu. Son iki məğlubiyyətdən sonra “Olimpiakos”la oyuna hazırlaşmaq bir o qədər asan deyil.
Ətraflı
Oyunun bizim üçün mahiyyəti olmasa da, bilirik ki, azarkeşlərimiz həmin matçı səbirsizliklə gözləyəcək. Bizdən yaxşı oyun və yaxşı nəticə gözləyəcəklər.
Çalışacağıq ki, “Olimpiakos”la görüşdə var gücümüzlə ən yaxşısını edək. Yaxşı oyunla, yaxşı nəticə ilə geri dönmək haqda düşünürük”.
“Olimpiakos” – “Qarabağ” görüşü yanvarın 30-da keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.