AZ

Premyer Liqanın qol və zərbələri - STATİSTİKA

Misli Premyer Liqasında 20 tur geridə qalıb. Son turlar bombardirlərin susqunluğu ilə diqqəti çəkir.

İdman.biz 20 turdan sonra ölkə çempionatında vurulan qolların və zərbələrin statistikasını nəzərdən keçirib.

Bombardirlər siyahısının ön sıralarında 3 turdur ki, statik vəziyyət yaranıb. Lider “dördlüy”ün qol sayı ötən il dekabrın 14-dən dəyişməz qalıb: Felipe Santos ("Araz Naxçıvan"), Coy Lens Mikels ("Sabah") - 8 qol, Davit Volkov ("Zirə"), Leandro Andrade ("Qarabağ") - 7 qol.

Qapıya ən çox zərbəni Coy Lens Mikels ("Sabah") endirib – 58. Leroy Mikelsin (“Şamaxı”) 57 zərbəsi var. Elə bu iki futbolçu, bir də Davit Volkov hamıdan çox – 22 zərbəni qapı çərçivəsinə göndəriblər. “Zirə”nin futbolçusunun bunu 34 zərbədən etdiyini nəzərə alsaq, onun daha sərrast zərbəyə malik olduğunu görmək olar. Mikelslər isə qapıdan yan keçən zərbələrdə “fərqləniblər”. Coy Lensin 36, Leroyun 35 zərbəsi qeyri-dəqiq olub.

Zərbəsi ən çox bloka alınan futbolçu Ruan Renatodur (“Zirə”) – 16. Yuri Matias (“Neftçi”) və Dmitro Litvinin (“Səbail”) zərbələrinə 15 dəfə mane olublar.

20-dən çox zərbə vuran futbolçular arasında ən yüksək faizlə qol vuran futbolçu Felipe Santosdur ("Araz Naxçıvan"). Onun zərbələrinin 25 faizi (32-dən 8-i) qolla nəticələnib.

Felipe Santos və “Zirə”dən Rafael Utziq cərimə zərbəsindən ən çox (2) qol vuran futbolçulardır.

Turan Manafov (“Kəpəz”) hamıdan çox cərimə zərbəsi vursa da, onun 10 zərbəsindən biri də nəticə verməyib. Toral Bayramov (“Qarabağ”) 9 cərimə zərbəsindən 1-ni qola çevirib.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
3
2
idman.biz

3Mənbələr