AZ

Rusiya Ermənistan və Azərbaycana sərhədlərin delimitasiyası məsələlərində köməyini təklif edir

Moskva Bakı və İrəvanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində əldə etdiyi irəliləyişi alqışlayır və lazımi dəstək göstərməyə hazırdır.

Bunu RF-nin Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun işini şərh edərkən "İnterfaks"a bildirib.

"Biz həmişə belə təmasları və birgə işi alqışlamışıq, çünki bu, şübhəsiz ki, regionda sabitliyə töhfə verəcək. Öz tərəfimizdən biz həmişə bu prosesə dəstək göstərməyi təklif etmişik. Rusiyanın tərəflərin sorğusu əsasında təqdim edilə bilən müvafiq xəritə materialları var", - deyə o bildirib.

O əlavə edib ki, Rusiya tərəfi "məsləhət yardımı göstərə bilər, çünki bizim Azərbaycan da daxil olmaqla qonşularla bu cür işlərdə çox böyük təcrübəmiz var".

A.Overçukun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədi üzrə "çox konstruktiv iş gedir".

Seçilən
3
30
aznews.az

10Mənbələr