"Əl-İttihad"ın baş məşqçisi Stiven Cerrard vəzifəsindən ayrıla bilər.
QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisinin rəhbərliyi komandanın nəticələrindən narazıdır. Buna görə də onlar 44 yaşlı mütəxəssisin istefaya göndərilməsini nəzərdən keçirirlər.
Bildirilir ki, Cerrardın taleyi ölkə kubokunun 1/8 final mərhələsində “Əl-Əhli” ilə matçın nəticəsindən asılı olacaq.
"Əl-İttifaq" - "Əl-Əhli Manama" matçı fevralın 1-i keçiriləcək.
Qeyd edək ki, Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırır. Onun komandası Səudiyyə Ərəbistanı çempionatında 37 xalla 7-ci yerdədir.