AZ

Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi

Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.

DİN-dən ”Yeni Gundem”-ə verilən məlumata görə, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
1
16
yenigundem.az

10Mənbələr