AZ

Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi

Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Seçilən
7
18
milli.az

10Mənbələr