AZ

Tramp apreldə Polşaya gedə bilər

ABŞ prezidenti Donald Tramp apreldə Polşaya gedə bilər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Brüsseldə jurnalistlərə Polşanın keçmiş baş naziri Mateuş Moravetski bildirib.

 

“ABŞ prezidenti Donald Tramp çox güman ki, apreldə Polşada olacaq. "Mən bilirəm ki, prezident Anjey Dudanın ofisi prezident Donald Trampın ofisi ilə əlaqə saxlayır", - Morawiecki şərh edib.

 

2025-ci ilin yanvarında Trampın Polşada keçiriləcək intermarium sammitində iştirak edə biləcəyi xəbəri yayılmışdı.

 

Həmin vaxt Polşa prezidentinin kansler naziri Voyçex Kolarski bildirmişdi ki, Tramp apreldə baş tutacaq Intermarium sammitində iştirak etməkdə maraqlı olduğunu bildirib. Polşa liderinin ofisi Dudanın Trampı seçkilərdəki qələbəsindən sonra Polşaya dəvət etdiyini xatırladıb. İki ölkə liderləri bu məsələni noyabrın 11-də müzakirə ediblər.

 

Polşa prezidentinin kansler departamentinin rəhbərinin sözlərinə görə, Dudanın ətrafı ABŞ prezidentinin ətrafı ilə çox yaxşı və sıx əlaqələrə malikdir.

 

Bundan əvvəl Polşa Trampın Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə bağlı güzəştə getməyə məcbur etmək şansını dəyərləndirib.

 

Nigar

 

Seçilən
9
50
oxu24.com

10Mənbələr