AZ

Tsulukiani: AŞPA Monitorinq Komitəsinin Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir

AŞPA Monitorinq Komitəsinin Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri, “Gürcü Arzusu”nun üzvü Tea Tsulukiani qurumun iclasında çıxışında bildirib.

Tsulukiani xatırladıb ki, Monitorinq Komitəsi Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini müəyyən şərtlərlə tanıyıb.

O, bəzi şərtləri problemli hesab etdiklərini vurğulayıb.

Tsulukianinin sözlərinə görə, “Gürcü Arzusu” hökuməti və onun 1 100 000-dən çox seçicisi sülhü qoruyur: "Heç kimə ölkədə qeyri-sabitlik yaratmağa imkan verilməyəcək".

Seçilən
21
24
report.az

10Mənbələr