AZ

Rusiyadan Bakıya uçan təyyarədə texniki nasazlıq yarandı

Bu gün səhər Krasnoyarskdan Bakıya uçmalı olan “İrAero” aviaşirkətinə məxsus təyyarədə texniki nasazlıq yaranıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, təyyarə havaya qalxmağa hazırlaşan zaman uçuş-enmə zolağında dayanıb. 

Hadisə şahidlərinin dediyinə görə, kondisioner sistemi xarab olub. Təmirdən sonra o, yenidən uçuş-enmə zolağına qayıdıb. 

Bildirilib ki, 3 saatdan artıq gözləyən sərnişinlərə əvvəlcə başqa təyyarə söz verilsə də, yenidən həmin təyyarə ilə uçmaq təklif olunub. Lakin sərnişinlər panikaya düşərək təyyarədən enməyə başlayıblar. 

Sözügedən reyslə uçmaq istəyənlərin sayının 20-dən çox olduğu deyilir. 

Krasnoyarsk hava limanının mətbuat xidmətindən bildirilib ki, sözügedən təyyarənin uçuş vaxtı hələ məlum deyil.

Ağarza Elçinoğlu

Seçilən
5
50
unikal.az

10Mənbələr