AZ

Haqq Ədalət Partiyasından seçkilərlə bağlı bəyanat

Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Milli.Az bəyanatın mətnini təqdim edir:

"Azərbaycanda 2025-ci̇ i̇l yanvarın 29 - da keçi̇ri̇lən bələdi̇yyə seçkiləri̇ demokrati̇k, təhlükəsi̇z və azad rəqabət mühi̇ti̇ndə keçi̇ri̇lərək artıq başa çatmışdır! 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış 26 siyasi partiyadan 23-ü keçirilmiş Bələdiyyə seçkilərində namizədlərini irəli sürmüş və hamısı da qeydə alınmışdır.

Qanunvericiliyə uyğun olaraq seçki prosesinin təşkilində bütün namizədlər üçün lazımi imkanlar yaradılmışdır. Toplanmış imzaların yoxlanması, namizədlərin qeydə alınması tam qərəzsiz olaraq qanunvericiliyə uyğun aparılmışdır.

Seçkilərdə iştirak edən namizədlərə təbliğat - təşviqat işlərini aparmaq üçün hər bir şəraiti olan açıq və qapalı məkanlar ayrılmış, bundan başqa məhəllələrdə və evlərdə görüşlərin keçirilməsinə heç bir maneə yaradılmamışdır. Bunun üçün də Mərkəzi Seçki Komissiyası əhalinin seçkilərə gəlməsini təşviq etmək üçün bütün lazımi vasitələrdən istifadə etmişdir.

Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə namizədlərin təbliğat işləri davam etmişdir.

Seçkilərin keçirildiyi səsvermə günü bütün seçki məntəqələrində onlarla müşahidəçi seçkini izləmişdir. Haqq Ədalət Partiyasının 348 üzvü müşahidəçi qismində məntəqə və dairələrdə seçkiləri birbaşa canlı izləmişdir.

Hər kəsin gizli səsverməsi üçün səsvermə məntəqələrində qanunvericiliyə uyğun bütün imkanlar yaradılmışdır."

Milli.Az

Seçilən
5
4
milli.az

3Mənbələr