"Qarabağ" Avropa Liqası Liqa fazasının 8-ci turu çərçivəsində sabah Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
Publika.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:
- Son matçımızdır. Çox ciddi rəqibə qarşı oynayacağıq. "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır. Ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri böyükdür. Rəqibdə sürət, dinamika var. Yaxşı oyun göstərib yaxşı nəticə əldə etməyə çalışacağıq.
- 16 ildir "Qarabağ"da çalışırsız. Bu müddət ərzində belə bir komanda yaratmaq üçün bu gücü haradan alırsız?