Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.
Publika.az xəbər verir ki, bu barədə yeni hakimiyyətin rəhbər orqanı - Hərbi Əməliyyatlar Direktorluğu bəyanat yayıb.
Qeyd edək ki, Şara Bəşər Əsəd devrildikdən sonra müvəqqəti hökumətə rəhbərlik edirdi.