AZ

"Azərşəkər LLC" işçi axtarır - VAKANSİYA

Azərşəkər LLC

Layihə rəhbəri

Son tarix 01 mar 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Layihəyə texniki və metodiki rəhbərliyi həyata keçirir, layihə üzrə bütün işlərin və mərhələlərin ardıcıllığını təmin etməlidir.
  • Fərdi layihələri idarə etmək, statuslarını təqib etmək və uğurlu şəkildə nəticəyə çatmasını təmin etmək, lazım gəldikdə əlavə strukturları işə cəlb etmək;
  • Layihə çərçivəsində iş bölgüsünü etmək, vəzifələri təyin etmək;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısını almaq və ya həll edilməsini təmin etmək;
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
  • Layihə çəçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısı alınması üçün tədbirlər planı hazırlamaq və ehtiyac yarananda tətbiq etmək
  • Yeni layihələrin inşasında, texnoloji proseslərin işlənib hazırlanmasında və mövcüd tikintinin rekonstruksiyasında əməyin təşkilini normativ-hüquqi tələblərə uyğun olaraq həyata keçirmək.
  • Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini, maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək .
  • Gündəlik hesabatların hazırlanması və əlaqəli şəxslərə çatdırılmasını təşkil etmək.
  • İstifadə edilən hər növ material, avadanlıq ilə əlaqədar lazımi testləri aparmaq, nümunələri almaq, kitabça və zəmanət sənədlərini nəzərdən keçirmək, və təsdiq edilməsi lazım olan sənədləri rəhbərliyə çatdırmaq.
  • Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq.

Vəzifə tələbləri:

  • Mühəndislik ixtisası üzrə ali təhsil;
  • Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili-səlis,İngilis dili-yaxşı, Rus dili-arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office, Autocad;
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
  • PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;

Əlavə məlumat:

  • Struktur: Əməliyyatlar departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Baş əməliyyat inzibatçısı
  • İş yeri: Ağcabədi rayonu
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Layihə rəhbəri) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Seçilən
7
1
fed.az

2Mənbələr