AZ

Əhməd Şara Suriya prezidenti təyin edilib

Əhməd Şara Suriya prezidenti təyin edilib

Suriyada yeni administrasiyanın lideri Əhməd Şara keçid dövrünün prezidenti elan edilib.Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, “Qələbə Konfransı” Şara, eləcə də xarici işlər naziri Əsəd Həsən Şeybaninin və ölkənin hərbi qruplaşmalarının nümayəndələrinin iştirakı ilə keçirilib.Konfransın sonunda Hərbi Əməliyyat Müdirliyinin mətbuat katibi polkovnik Həsən Əbdülqəni yekun bəyannaməni oxuyub.Əbdülqani keçid dövründə Şaranı Suriya prezidenti elan etdiklərini və ölkəni beynəlxalq platformalarda təmsil edəcəyini açıqlayıb.2012 konstitusiyasının ləğv edildiyini bildirən Əbdülqəni Əsəd rejiminə bağlı ordu, təhlükəsizlik birlikləri və parlamentin buraxıldığını da açıqlayıb.

Seçilən
8
17
afn.az

10Mənbələr