Sabah detallar oyunun taleyini həll edəcək.
Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri VIII tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O, hər oyuna müsbət nəticə qazanmaq üçün çıxdıqlarını bildirib:
"Turnir cədvəlinə baxsaq, rəqib daha yaxşı durumdadır. Onlar növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparırlar. Bizim vəziyyətimiz isə ürəkaçan deyil. Aşağı pillələrdə olmağımıza baxmayaraq, turnirdəki çıxışımızı yaxşılaşdırmaq üçün sabah əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, yanvarın 31-də keçiriləcək “Olimpiakos”–“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.