AZ

"Turniri layiqli bitirmək üçün əlimizdən gələni edəcəyik" - Julio Romao

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Olimpiakos"la (Yunanıstan) oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb: 

- Sabahkı matçla bağlı onu deyə bilərəm ki, müəyyən detallar oyunun taleyini həll edəcək. Ümumi turnir cədvəlinə nəzər salsaq, rəqibin daha yaxşı mövqedə qərarlaşdığını görürük. Onlar növbəti mərhələyə çıxmağa mübarizə aparırlar. Bizim turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyil. Baxmayaraq ki, aşağı pillələrdəyik, vəziyyəti yaxşılaşdırmaq üçün sabah əlimizdən gələni edəcəyik. 

- Turnir cədvəli baxımından sabahkı oyunun heç bir önəmi yoxdur. Siz və komanda yoldaşlarınız motivasiyanı necə tapırsınız?

- Turnir cədvəlindən asılı olmayaraq bizim üçün hər bir matç önəmlidir. Hər oyuna müsbət nəticə qazanmaq üçün çıxırıq. Sabahkı oyun da istisna olmayacaq. Çalışacağaq ki, daha yuxarı pillələrdə qərarlaşaq. 

- "Qarabağ"ın turnir cədvəlindəki yeri ədalətlidir? 

- Mənə elə gəlir ki, ədalətlidir. Çünki futbolda və ümumiyyətlə idmanda sən rəqibinə səni yaralamağa şərait yaradırsansa, rəqib bunu edəcək. Razıyam ki, bir çox oyunlarda "Qarabağ" yaxşı oyun nümayiş etdirdi. Bəlkə də, layiq olmadığımız məğlubiyyətləri aldıq. Amma qeyd etdiyim kimi, rəqibə şərait yaradırsansa, o, səni cəzalandıracaq. Sabah sonuncu oyundur. Turniri layiqli bitirmək üçün əlimizdən gələni edəcəyik. 

- "Olimpiakos"un hansı oyunçularını xüsusən qeyd edə bilərsiniz?

- Ayub El-Kaabini qeyd edə bilərəm. Çox ağıllı oyunçudur. Digər oyunçu Rodineydir. Onu da braziliyalı olduğu üçün və "Flamenqo"da oynadığından tanıyıram. Xüsusi olaraq bu iki futbolçunu qeyd edə bilərəm. 

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə 00:00-da keçiriləcək. 

Seçilən
9
1
teleqraf.com

10Mənbələr