Salyanda minik maşını kanala aşaıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra kanala aşıb.
Dayıkənd kənd sakinləri 1993-cü il təvəllüdlü İsmayılzadə Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən Salyan rayon icra hakimiyyətinin təlimatçısı olan 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.
Azyaşlı İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.
Əraziyə təcili yardım briqadası, FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.