AZ

Çin amerikalı milyarderi çətin vəziyyətlə üzləşdirib

Çin

Amerikalı milyarder Mark Zukerberq Çində süni intellekt texnologiya sistemini quran "DeepSeek" proqramını öyrənmək üçün təcili qərargah yaradıb. Zukerberqə yaxın mənbələr bildirir ki, artıq amerikalı milyarderin şirkətində müəyyən narahatlıqlar yaranıb.

Reyting.az
xəbər verir ki,bu barədə"Fortune" nəşri yazıb.

Zukerberq narahatlıq keçirdiyindən Çinin "High-Flyer Capital Management" Fondunun onun "Meta" şirkəti ilə rəqabət apara biləcək, yüksək sıçrayış əldə edən süni intellekt texnologiyasını necə, eləcə də hansı istehsal üsulları ilə buraxacağını araşdırmaq üçün mühəndislərdən ibarət dörd "təcili yardım qrupu" yaradıb.

"High-Flyer Capital Management" adı ilə tanınan bu hedcinq fondu tərəfindən dəstəklənən "DeepSeek" sürətlə, cəmi bir ay ərzində "R1" chatbotunun tamamilə yeni versiyasını buraxıb. İddialı Çin şirkətinin "ChatGPT" kimi dünyada tanınmış rəqib modellər qədər səmərəli işləyəcəyini deyirlər. Üstəlik, Çin şirkətinin bəyanatında xüsusi vurğulanır ki, onların bazara çıxaracağı yeni məhsulların hamısı yüksək keyfiyyətli olsa da, çox aşağı qiymətə satılacaq.

Bu, böyük potensiala malik olan inqilabi açıq mənbə texnologiyası ABŞ-nın nəhəng şirkətlərinin süni intellektə yatırdıqları və eləcə də "Meta" şirkətinin yaratdığı süni intellekt komandasını daha da ehtiyatlı olmağa məcbur edir. Nəşr yazır ki, burada önəmli olan məsələ həm də taleləri şübhə altına düşmüş ABŞ-nın çox böyük investisiyalarıdır.

"Meta AI" infrastrukturunun direktoru Metyu Oldhem isə həmkarlarına deyib ki, bu yeni və hələ ki, rəqibsiz "DeepSeek" modeli hətta Mark Zukerberqin 2025-ci ilin əvvəlində hazırlanacağını elan etdiyi "Llama"-nın növbəti versiyasını üstələyə bilər.

"Meta" şirkətinin dörd "qərargahından" ikisi ancaq "High-Flyer"-in təlim, həm də "DeepSeek"-i idarə etmə xərclərini necə aşağı saldığını araşdırmağa, həmçinin bu prosesləri tam anlamağa yönəlib. Onların məqsədi "Llama"-ı təkmilləşdirmək üçün bu üsullardan istifadə etməkdir.

"Fortune" bildirir ki, M. Zukerberqin idarəsi altında çalışan daha iki komandanın əsas işi "DeepSeek" proqramını "Meta"-çılara öyrətmək üçün bu sistemin hansı məlumatlardan istifadə etdiyini aydınlaşdırmaqdır. "Qərargahın" ikinci tapşırığı isə daha çətindir. İşçilər mütləq yeni "DeepSeek" modelinin xüsusiyyətlərindən geniş faydalanmaqla, ABŞ məhsulu olacaq, Zukerberqin böyük ümid bəslədiyi "Llama" arxitekturasına onun necə uyğunlaşdırmağı öyrənməli və bununla əlaqədar olan bütün məsələləri aydınlaşdırmalıdırlar.

Oqtay QORÇU
Seçilən
2
8
reyting.az

10Mənbələr