AZ

Vaşinqton hava limanı helikopterlə təyyarənin toqquşmasından sonra bağlanıb

Ronald Reyqan adına Vaşinqton Beynəlxalq hava limanı təyyarə ilə bağlı fövqəladə vəziyyətə görə uçuşları dayandırıb...

Poliqon xəbər verir ki, bu barədə hava limanının X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir. Qeyd edək ki, Ronald Reyqan adına Vaşinqton Beynəlxalq hava limanıında kommersiya təyyarəsi hava limanı üzərində helikopterlə toqquşub və Potomak çayına düşüb.

X sosiaı şəbəkəsində yayımlanan CCTV görüntülərində təyyarənin yerə enmək ərəfəsində helikopterə çırpılması, partlayış baş verdiyi, daha sonra təyyarənin qalıqlarının çaya düşdüyü görünür. Təsdiqlənməmiş məlumata görə, təyyarənin göyərtəsində 60 nəfər olub. WUSA9-un yayımına görə, hadisə yerində onlarla xilasedici qayıq var.

ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, hava limanının saat 23:00-a qədər (30 yanvar Moskva vaxtı ilə 07:00) uçuşları qəbul etməsi və ya göndərməsi gözlənilmir və uçuş-enmə zolağı manevrləri saat 22:30-a (Bakı vaxtı ilə 07:30) qədər dayandırılıb. Bu barədə WJLA-TV məlumat yayıb.

Poliqon.info

Seçilən
42
7
poliqon.info

10Mənbələr