FT: Avropa İttifaqı Ukraynada sülh müqaviləsinin əldə edilmıəsi üçün Rusiyadan qaz idxalını bərpa etməyi təklif edir...
Bir sıra Avropa İttifaqı ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı gələcək sazişin mətninə Rusiyadan Avropaya boru kəməri qazının nəqlinin bərpasını da təklif ediblər.
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Avropa paytaxtlarındakı mənbələrə istinadən məlumat yayıb.
Mavi yanacağın tədarükünün bərpası ideyası Almaniya, Macarıstan və digər ölkələrdə bəzi rəsmilər tərəfindən bəyənilib. Onlar hesab edirlər ki, Rusiya qazının Avropaya nəqlinin bərpası Aİ-də enerji qiymətlərinin aşağı düşməsinə kömək edəcək və həm Rusiya, həm də Ukraynaya atəşkəs razılaşmasına sadiq qalmağa əsas verəcək.
Poliqon.info