UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 31-i cümə günü keçiriləcək.
Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsinin bütün iştirakçılarını müəyyən edəcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq
Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komanda pley-offda iştirak edəcək: "Atalanta", "Borussiya Dortmund", "Real Madrid", "Bayern Münhen", "Milan", PSV, PSJ, "Benfika", "Monako" , "Brest", "Feyenoord", "Yuventus", "Seltik", "Mançester Siti", "Sportinq", "Brügge".
Çempionlar Liqasının bu mərhələsinin oyunları 11-12 və 18-19 fevral tarixlərində keçiriləcək.
Pley-offda cütlər qismən komandaların Liqa mərhələdəki yekun yerləri ilə müəyyən olunacaq. Məsələn, 9-10-cu yerləri tutan komandalar 23-24-cü yerləri tutanlarla, 11-12-ci yerləri tutan komandalar 21-22-ci yerləri tutanlarla qarşılaşacaq və s.
"Monako"nun mümkün rəqibləri: PSJ və ya "Benfika"
"Brest"in mümkün rəqibləri: PSJ və ya "Benfika"
PSJ-nin mümkün rəqibləri: "Monako" və ya "Brest"
"Benfika"nın mümkün rəqibləri: "Monako" və ya "Bres"
"Sportinq"in mümkün rəqibləri: "Atalanta" və ya "Borussiya Dortmund"
"Brügge"nin mümkün rəqibləri: "Atalanta" və ya "Borussiya Dortmund"
"Atalanta"nın mümkün rəqibləri: "Sportinq" və ya "Brügge"
"Borussiya Dortmund"un mümkün rəqibləri: "Sportinq" və ya "Brügge"
"Seltik"in mümkün rəqibləri: "Real Madrid" və ya "Bayern Münhen"
"Mançester Siti"nin mümkün rəqibləri: "Real Madrid" və ya "Bayern Münhen"
"Real Madrid"in mümkün rəqibləri: "Seltik" və ya "Mançester Siti"
"Bayern"in mümkün rəqibləri: "Seltik" və ya "Mançester Siti"
"Feyenoord"un mümkün rəqibləri: "Milan" və ya PSV
"Yuventus"un mümkün rəqibləri: "Milan" və ya PSV
"Milan"ın mümkün rəqibləri: "Feyenoord" və ya "Yuventus"
PSV-nin mümkün rəqibləri: "Feyenoord" və ya "Yuventus"