AZ

İcbari Tibbi Sığorta sistemi uğurla icra edilir - Teymur Musayev

"Səhiyyə sahəsinə yanaşma kompleks şəkildə olmalıdır". SİA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, səhiyyəyə ayrılan vəsait son 20 ildə 30 dəfə artırılıb: “İnşa edilən və ya yenidən qurulan 700-ə yaxın xəstəxananın 70 faizi bölgələrdə yerləşir. Qan xəstəlikləri ilə mübarizə sahəsində ciddi nailiyyətlər əldə olunub. İcbari Tibbi Sığorta sistemi uğurla icra edilir. 3 min 315 tibb xidməti xidmətlər zərfinə daxil edilib. İcbari Tibbi Sığortanın tətbiqindən sonra cərrahi əməliyyatların sayı 89 faiz artıb. Hazırda müzakirə olunması vacib məsələlərdən biri ilkin tibbi sanitariya yardımı haqqındadır. İnanıram ki, yaxın müddətdə ilkin tibbi sanitariya yardımı xidmətini hazırlayıb, əhalinin istifadəsinə verəcəyik".

Seçilən
5
9
sia.az

10Mənbələr