Rusiyanın Sankt-Peterburq şəhərində tikinti obyektlərində keçirilən reydlərdən sonra 100-dən çox əcnəbi qayda pozucusu polis bölmələrinə aparılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları immiqrasiya qanunlarını pozan şəxslərin müəyyən edilməsi məqsədilə profilaktik reyd keçirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva və Kolpino rayonlarında əcnəbilərin cəmləşdiyi yerləri və magistral yolları yoxlayıblar.
Təhlükəsizlik qüvvələri Pulkovo şossesində iki böyük tikinti sahəsinə, həmçinin Petro-Slavyankanın Sofiyskaya küçəsindəki tərəvəz anbarlarına baş çəkib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 500-ə yaxın əcnəbini müəyyən ediblər, onlardan 100-dən çoxunun immiqrasiya qanunlarını pozduğu müəyyən edilib. Onlar polis bölmələrinə aparılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Polis həmçinin 200-ə yaxın avtomobili saxlayıb, 300-ə yaxın adamın sənədlərini yoxlayıb. Onlardan 6-sı yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib.
Bundan əvvəl təhlükəsizlik qüvvələri Moskvada “Prince Plaza” ticarət mərkəzində reyd keçirib.
Nigar