AZ

İTSDA sədrinin müşaviri: Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır

Bizim əsas məqsəd və prinsiplərimiz müəyyənləşib.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

İsa Əliyev bildirib ki, ilkin səhiyyə xidməti əlçatan olmalıdır: “İkinci məsələ əhatəlilikdir. Kəndlərdə neyrocərrahiyyə yarada bilmərik, amma əsas baza xidmətlərini orada da yarada bilərik. İlkin səhiyyə xidmətləri ambulator və stasionarla qarşılıqlı işləməlidir. İlkin səhiyyə xidmətində çalışan tibbi personalı vətəndaşın bələdçisi olmalıdır. İnsanlar həkimlərini tanıyır, onun məsləhətlərinə qulaq asır və onu tez-tez dəyişmir. İnsanlara optimal məsafədə müəssisələr yerləşdirilməlidir. Biz tibb müəssisələrində doğru kombinasiyalı xidmət qurmalıyıq. Azərbaycanda bizə lazım olan kadrlar 40%, regionlarda 45-50 % azdır. Tibb Universitetinin hazırladığı kadrlar bunu qarşılaya bilməyəcək. Bizim ailə həkimlərimiz üçün kurs keçilməlidir, bizim ailə həkimləri yoxdur. Bütün kəndlər üzrə biz araşdırmalar aparmışıq. Biz tərəfdən regionlarda 3000-dən artıq tibb məntəqəsi bina olaraq müəyyənləşdirilib və xəritələşdirilib. Bu gün maliyyə əsasən ixtisaslı tibbi yardıma gedir, bu dəqiqə bizdə ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır”.

Seçilən
7
48
apa.az

10Mənbələr