AZ

KTMT: İrəvan və Bakı arasında sülh sazişinin imzalanması sabitlik üçün əsas elementdir

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və tərəflər arasında sülh sazişinə hazırlıq Cənubi Qafqazda qeyri-sabitliyin aradan qaldırılması yolundakı addımların mərkəzi aspekti olaraq qalır”.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov deyib. 

"Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Onun tənzimlənməsi prosesi davam edir. Bunun da mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə işdir", - o qeyd edib.

O, həmçinin vurğulayıb ki, regionda gərginliyə Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirini möhkəmləndirmək cəhdləri səbəb olur.

Seçilən
4
7
xezerxeber.az

10Mənbələr