Nyu-York məhkəməsi keçmiş senator Bob Menendesi korrupsiya işi üzrə 11 il həbs cəzasına məhkum edib.
Missiya.Az xəbər verir ki, hakim Sidney Stein Menendesi rüşvətxorluq, fırıldaqçılıq və xarici agent olmaq kimi bütün 16 maddə üzrə təqsirli bildikdən sonra hökm çıxarıb.
Bildirilib ki, Manhetten prokurorları Menendesin yüksək vəzifəsindən sui istifadə etdiyini əsas gətirərək 15 il həbs istəyib.
Məlumata görə, sabiq senatorun vəkilləri isə öz növbəsində onun yaşını (71 yaş), uzun illər dövlət qulluğunda işləməsini və maddi vəziyyətinin ağır olmasını əsas gətirərək 2 il 3 ay həbs istəyiblər.
Qeyd olunub ki, Menendes özünü təqsirli bilməyib və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
Daşqın HəsənovMissiya.Az