AZ

Xocalıya növbəti köç olacaq 

Yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç baş tutacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, daha 23 ailədən ibarət 100 nəfər doğma yurda qayıdacaq. Kəndə köçəcək ailələrin siyahısı dəqiqləşdirilib.

Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olacaq.

Ballıca kəndində dövlət başçısının göstərişi əsasında keçmiş məcburi köçkünlərin bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, bu günə qədər Xocalı rayonunun Ballıca kəndinə üç köç karvanı olub. Kənddə 68 ailə (373 nəfər) məskunlaşıb.

“Cebheinfo.az”

Seçilən
8
31
cebheinfo.az

10Mənbələr