AZ

Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır

 

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edilmiş və o gündən etibarən hər il bu gün təntənəli şəkildə qeyd olunur.

Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, istedadlı, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişməsi, onların sosial rifahının yüksəldilməsi sahəsində böyük işlər həyata keçirilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, elm,mədəniyyət, incəsənət, idman,iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyimizin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Bu gün Azərbaycan gəncləri möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütöv, suveren və müasir Azərbyacan naminə öz layiqli töhfələrini verirlər.

 

Həmidə Ələfsərova 

Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Seçilən
0
12
missiya.az

10Mənbələr