Türkiyənin Dənizli şəhərində 3 gün əvvəl "qonşuya gedirəm" deyərək evdən çıxan 54 yaşlı qadının meyiti tapılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı 3 nəfər polis tərəfindən saxlanılıb.
Qadınla əlaqə saxlaya bilməyən yaxınları vəziyyəti polisə bildiriblər.
Bundan sonra axtarış işlərinə başlanılıb.
Yaşlı qadının meyiti qonşunun bağçasından tapılıb.
Faktla bağlı cinayət işi açılıb.