AZ

Ermənistanın siyasi həyatında önəmli addımlara qərar verməsi üçün sülh şərtdir– ÖZƏL

"Rusmeyllilər və "Qarabağ" klanının xüsusi səyləri nəticəsində Paşinyanın özünün siyasi iqtidarı üçün ciddi təhlükə yaranıb. Paşinyan bəziləri tərəfindən Rusiya agenti, bəziləri tərəfindən "Qarabağ" klanının üzvləri kimi qəbul edilən Bakıda olan separatçı dustaqları azad etmək nə dərəcədə məntiqli olar? Paşinyan buna sağlam başla yanaşsa, görürük ki, heç bir halda məntiqli olmayacaq. Bu şəxslər, onun həm siyasi qərarları üçün həm də onun siyasi karyerası üçün birbaşa təhlükəlidir, ona görə də Paşinyan əksinə, fərqli bir nöqtədən baxanda daha qazanclı görünür".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki onun rəqiblərindən ən önəmli simaların bir neçəsi məhz Bakıda dustaq həyatı yaşayır. Eyni zamanda, Paşinyan artıq "mən Qarabağ separatçılarını dəstəkləmirəm" siması yaratmağa çalışır. Həm özünü  Azərbaycan tərəfinə, həm də Avropadakı tərəfdaşlarına sülhmeylli bir şəxs kimi qəbul etdirməyə çalışır. Burda da onun məqsədləri başa düşüləndir. Çünki siyasi proses uzandıqca Ermənistanın iqtisadi, hərbi, siyasi sahədə itkiləri hər keçən gün daha da artır. Paşinyan da başa düşür ki, indi ən yaxşı şərtlərdə sülh müqaviləsi bağlamaq həm onun itkilərini azaldacaq, həm də, Ermənistan cəmiyyətinin ona olan inamını yenidən artıra bilər. Paşinyan artıq rusmeylli qüvvə təhdidinə qarşı daha sağlam addımlar atmağa çalışır. Sülh müqaviləsinin bağlanmaması şərtlərində isə həmin rusmeylli qüvvələr və "Qarabağ" klanı Paşinyana qarşı bir çox kozrlardan istifadə edir. Burada separatçı liderlərin dustaq qalması bir məsələdirsə, "siz Qarabağı Azərbaycana satdınız" yanaşması ikinci məsələdir. Ermənistan iqtisadi böhranla üzləşə, rusmeylli qüvvələr bunu da Paşinyanın səriştəsizliyi kimi təqdim edəcəklər. Bu zaman da xalqın inamı sarsılacaq. Paşinyan ölkəsini Rusiya təsirindən çıxarıb Qərbə kökləmək istəyir. Ona görə də sülh müqaviləsinin imzalanmaması Paşinyanın önündə əngəl kimi dayanmaqdadır. Azərbaycanla münasibətlər nizamlanmalıdır ki, Ermənistan siyasi həyatında daha önəmli addımlara qərar versin. Bir problemi yarımçıq qoyub, digər problemli məsələni məsuliyyət götürmək olmur. Bu səbəbdən o, dustaqlar məsələsində həvəsli deyil".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr