AZ

Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb - YENİLƏNİB

Zaqatala rayon Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) 25.01.2025-ci il tarixində saat 13:15 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının I Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə "pnevmoniya" diaqnozu ilə daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Eyni tarixdə Terapiya şöbəsinə hospitalizasiya olunub, müayinə zamanı xəstədə "Gilyen Bar sindromu", "proqressivləşən polineyropatiya" aşkarlanıb.

26.01.2025-ci il tarixində saat 01:10 radələrində Reanimasiya şöbəsinə hospitalizasiya olunub, oksigen aparatına qoşulub, "proqressivləşən tetraparez", "Bulbar sindromu" diaqnozları təyin edilib, vəziyyəti kritik ağır olaraq dəyərləndirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 30.01.2025-ci il tarixində saat 08:10 radələrində ölüm faktı qeydə alınıb.

***

12.40

Zaqatalada 27 yaşlı oğlan xəstəxanada ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək temperaturla Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 27 yaşlı Ə. Əliyev bu gün xəstəxanada dünyasını dəyişib.

Onda xəstəxanaya daxil olmazdan əvvəl 3 gün yüksək hərarət müşahidə olunduğu, temperatur düşmədiyi üçün xəstəxanaya müraciət edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
10
apa.az

10Mənbələr