Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçova 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına etirazın yer aldığı bəyanatda 1990-cı il 20 Yanvar qətliamında əli Azərbaycan xalqının qanına bulaşmış Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin ədalətsiz qərar olduğu diqqətə çatdırılıb.
Sənəddə, həmçinin 20 Yanvar faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi əsasın olduğu bildirilib, onların BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi konvensiyaların tələblərini pozduğu qeyd olunub.
Bəyanatda dünya ictimaiyyətinin ədalətə inamı və Nobel Sülh Mükafatının mənəvi nüfuzunun güclənməsi baxımından Mixail Qorbaçovun bu mükafatdan məhrum olunmasının əhəmiyyəti vurğulanıb.