AZ

Qırğızıstan Rusiyaya Amerika silahlarını verib

Qırğızıstanda ABŞ-dan Rusiyaya ölkə ərazisi vasitəsilə 300 vahiddən çox odlu silah tədarük edən transmilli qrupun fəaliyyəti dayandırılıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) məlumat yayıb.

 

“Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi ABŞ-Qırğızıstan-Rusiya marşrutu üzrə odlu silah, sursat və hərbi texnikanın qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılığı üçün sabit kanal yaradan transmilli qrupun cinayətkar fəaliyyətini müəyyən edib və dayandırıb. 2022-ci ildən bu günə qədər onlar Qırğızıstan vasitəsilə Rusiyaya 300-dən çox odlu silah daşıyıblar, əsas müştəriləri cinayətkardır”, - hesabatda deyilir.

 

Nigar

 

Seçilən
10
oxu24.com

1Mənbələr