AZ

Kadırov Putinin icazəsi olmadan BƏƏ-də gizli şəkildə çeçen “səfirliyi” açıb - FOTO

Çeçenistan Prezidenti Ramzan Kadırov Putinin icazəsi olmadan BƏƏ-də gizli şəkildə çeçen “səfirliyi” açıb.

Sherg.az "Nexta"ya istinadən xəbər verir ki, 2022-ci ilin dekabrında Ramzan Kadırovun əmisi oğlu Şahruddi Edilgiriyev Dubayın süni "Palm Jumeirah" adasında 1026 kvadratmetrlik villanın sahibi olub. 

Mülk 14,4 milyon dollar (53 milyon dirhəm) dəyərində qiymətləndirilir.

Bundan əvvəl “Ukrainska Pravda” qəzeti yazıb ki, Kadırov bu villadan 2014-cü ildən Dubayda “qeyri-rəsmi Çeçenistan səfirliyi” kimi istifadə edir. Binada Çeçenistan Respublikasının ərəb və müsəlman ölkələri üzrə keçmiş elçisi, Kadırovun digər əmisi oğlu Turko Daudov və çeçen liderinə yaxın digərləri də məskunlaşıb.

Seçilən
8
sherg.az

1Mənbələr