Bakı. Trend:
Biz təəssüf edirik ki, 29 yanvar 2025-ci il tarixində Senatdamüzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan NoelBaro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinəqondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib.
Trend xəbər verir ki, bubarədə XİN-nin "X" sosial şəbəkə hesabındakı paylaşdığı bəyanatındaqeyd edilib.
Bildirilir ki, Fransanın xarici işlər naziri Jan Noel BaronunAzərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhiFransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşıhərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu bir daha diqqətəçatdırırıq.
"Məhz Fransa hər zaman regional məsələlərə qarışaraq,Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığıprosesi pozmağa çalışıb.
Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətinivə dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağıhədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləridekolonizasiya prosesini sarsıdır.
Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlakolduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerliəhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə,Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasınınnə qədər faydasız olduğunu nümayiş etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rolvə resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağıhədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçünsui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarınıqətiyyətlə rədd edir və pisləyirik", - XİN-nin bəyanatındavurğulanıb.