AZ

əl-Şara Suriyada keçid hökumətinin formalaşdırılmasına çalışdıqlarını açıqlayıb

Əhməd əl-Şara Suriya prezidenti kimi xalqa etdiyi ilk çıxışında keçid hökumətinin formalaşdırılması üzərində iş görüldüyünü açıqlayıb.

APA xəbər verir ki, onun müraciəti Suriya mediası tərəfindən yayımlanıb.

"Qadınlar və gənclər də daxil olmaqla, bütün suriyalıların maraqlarını təmsil edəcək keçid hökuməti formalaşdırmaq üçün çalışacağıq", - deyə əl-Şara bildirib.

O, həmçinin ölkənin bütün ərazilərini nəzarət altına alacağına söz verib.

“Qarşıdakı dövrdə biz bir sıra prioritet vəzifələrin həllinə diqqət yetirəcəyik ki, onların da başında bütün Suriyanın ərazi bütövlüyünün vahid hakimiyyət altında bərpa edilməsi durur.", - deyə o vurğulayıb.

Seçilən
11
5
apa.az

3Mənbələr