AZ

Suriya prezidenti keçid hökumətinin formalaşdırılması barədə açıqlama verib

Bakı. Trend:

Əhməd əl-Şaraa, Suriya prezidenti kimi xalqa etdiyi ilkçıxışında keçid hökumətinin formalaşdırılması üzərində işaparıldığını açıqlayıb.

Trend xəbər verir ki, müraciət Suriya mediası tərəfindənyayımlanıb.

Prezident bildirib ki, "Qadınlar və gənclər də daxil olmaqla,bütün suriyalıların maraqlarını təmsil edəcək keçid hökumətiformalaşdırmaq üçün çalışacağıq."

Əl-Şaraa qeyd edib ki, bu hökumət "azad və ədalətli seçkilərmərhələsinə çatana qədər Suriyada yeni dövlət qurumlarınınyaradılmasına cavabdeh olacaq" və siyasi prosesin qanunun aliliyiçərçivəsində həyata keçirilməsini təmin edəcək.

Əl-Şaraa əlavə edib ki, “keçid mərhələsi həm ölkə daxilində, həmdə xaricdə bütün suriyalı kişi və qadınların real iştirakını tələbedən siyasi prosesin bir hissəsidir.”

Prezident həmçinin, “Mandatıma və hazırkı səlahiyyətlərimə,eləcə də Xalq Şurasının buraxılması qərarına əsasən, yaranmışboşluğu doldurmaq üçün kiçik qanunvericilik şurasını seçmək üçünhazırlıq komitəsinin tərkibini elan edəcəyəm,” - deyəvurğulayıb.

Seçilən
6
4
az.trend.az

10Mənbələr