"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.
"Far.Az"un məlumatına görə, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
"Far.Az" xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri fərqi üç topa yüksəldiblər - 3:0.
89-cu dəqiqədə Julian Byankon fərqlənib.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.
"Far.Az" xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri fərqi iki topa yüksəldiblər - 2:0.
60-cı dəqiqədə El Kaabi dubl müəllifi olub.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda hesab açılıb.
"Far.Az" xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda meydan sahibləri hesabda irəli çıxıblar - 1:0.
56-cı dəqiqədə El Kaabi adını tabloya yazdırıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
"Far.Az" xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda ilk yarıdan sonra hesab açılmayıb.
Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
"Far.Az" xəbər verir ki, Georgios Karaiskakis stadionundakı matçda ilk yarıdan sonra hesab açılmayıb.
Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunun "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" oyunu start götürüb.
"Far.Az" xəbər verir ki, qarşılaşma Georgios Karaiskakis stadionunda keçirilir.
Matçı rumıniyalı baş hakim Radu Petresku idarə edir.